Əməkdar artist Nigar Şabanova instagram hesabında izləyicilərindən gələn sualları cavablayıb.
SHOWNEWS.AZ xəbər verir ki, xanəndə ona ünvanlanan "Yenidən ailə qurmağı düşünürsünüz?" sualını cavablayıb:
"Bu bir qismətdir. Olarsa, niyə də yox".
Xanəndə hazırda həyatında heç kimin olmadığını da etiraf edib:
"Hələ ki, sükutdur. Qısqanclığı mənasız bilirəm. Bir insan nədirsə odur, qısqanmağın mənası yoxdur. Qısqanc olub özümü üzməkdənsə, qapının yolunu göstərmək yaxşıdır".