Türkiyənin tanınmış müğənnisi Rafet El Roman vazektomiya əməliyyatı (uşaq istəməyən cütlüklərdə toxum (sperm) kanallarının bağlanması - red.) olunub.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə o özü açıqlama verib.
55 yaşlı sənətçi bu əməliyyatı övladı olmaması üçün etdirdiyini bildirib: “Oğlum Edvan dünyaya gələndə qızlarım psixoloji cəhətdən çətin dövr keçirdilər. Bu barədə mənə anam da xəbərdarlıq etmişdi. Mən öz seçimimlə, qızlarım, qardaşlarım və anamla danışaraq bunu tibbi yolla həll etdim. Övladlarımın, ailəmin rahatlığı üçün bunu könüllü şəkildə həyata keçirdim”.
Xatırladaq ki, Rafet El Roman 1996-cı ildə Tuğba Altıntopla ailə həyatı qurub. Onların bu evlilikdən Su Elnur (23 yaş) və Şevval Su (20 yaş) adlı iki qızı dünyaya gəlib. Cütlük 2003-cü ildə boşanıb. 2010-cu ildə isə sevgilisi Yeşim Eryıldırımdan Edvan adında bir oğlu dünyaya gəlib. Sənətçi Yeşimdən ayrıldıqdan sonra, 2014-cü ildə Ceren Kaplakarslan ailə həyatı qurub, lakin bu evliliyi də qısa çəkib. Cütlük 2017-ci ildə boşanıb. Müğənni hazırda özündən 24 yaş kiçik Yasemin Gergeçlə eşq yaşayır.