Bir neçə plastik əməliyyat etdirən sosial şəbəkə fenomeni Bayram Nurlu növbəti dəfə əməliyyata hazırlaşır.
Bu haqda Bayram özü açıqlama verib. O, gözəllik qurban tələb edir deyib, 10 saatlıq əməliyyata hazırlaşdığını açıqlayıb:
"İki əməliyyat etdirəcəyəm. Üzümdə və bədənimdə. Məni görənlər tanımayacaq. Ən məşhur və peşəkar cərrahlara müraciət etmişəm. Üz quruluşum tamam dəyişəcək. Bədənimdə isə çoxdan arzuladığım əməliyyatı etdirəcəyəm. Başqa insan olacağam. Qərar verə bilmirdim. Amma nişanlım qərarımı dəstəklədi. Bir sözlə tamam yenilənmiş və fərqli insan olaraq çıxacağam qarşınıza".