Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Zaur "Xəzər TV"yə gedəsi olmadı - AÇIQLAMA

Zaur "Xəzər TV"yə gedəsi olmadı - AÇIQLAMA Aparıcı Zaur Kamal yeni televiziya mövsümündə yenidən "Xəzər TV"yə keçməyi planlaşdırırdı.    Axşam.az-a açıqlamasında aparıcı kanalın rəhbəri, Xalq artisti Murad Dadaşovla görüşüb, bu haqda danışdığını da deyib.    Axşam.az-ın əldə etdiyi məlumata görə, Zaur danışıqlardan sonra ARB TV-də fəaliyyətini davam etdirməyə qərar verib. O, yeni mövsümdən sözügedən kanalda tamaşaçı qarşısına çıxacaq.    Zaur bir neçə gün əvvəl sözügedən kanalın əməkdaşları ilə foto yayımlayaraq "Biz birlikdə güclüyük" şərhini yazıb. Fotoda "ARB TV"nin icraçı direktoru Rəşad Məmmədov da yer alıb.    Qeyd edək ki, Zaur uzun illər "Xəzər TV"də çalışıb. O, daha sonra ARB-də işləməyə başlayıb.