Dünyada tanınan ilk Azərbaycan ətir brendi “Mugham”ın növbəti reklam çarxı Monakoda çəkilib.
Şuşanın 270 illiyinə həsr olunan “Karabakh Bouquet – 1752” parfümünün əsrarəngizliyini özündə əks etdirən ekran işi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Bundan öncə Dubay, Venesiya, Paris, İstanbul, Moskva, Şuşa şəhərlərində çəkilən ekran işləri müxtəlif beynəlxalq tədbirlərdə təqdim olunub.
Azadlığın qoxusunu duymaq istəyənlər “Mugham” ətirlərini Bakıda Bülbül prospekti, 18 ünvanında yerləşən mağazadan əldə edə bilərlər.
Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq satışa çıxarılır. Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü – “Rast”, “Shur”, “Segah”, “Chahargah”, “Bayati -Shiraz”, “Shushtar” və “Humayun”un adını daşıyan çeşidləri də var. Eləcə də bu il eyni brendə aid ətirli şam kolleksiyası da təqdim olunub.