Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Bayatı Şiraz" gecə klublarında səsləndirilməməlidir" - SƏRDAR TƏNQİD ETDİ

"Bayatı Şiraz" gecə klublarında səsləndirilməməlidir" - SƏRDAR TƏNQİD ETDİ

Türkiyəli müğənni Sərdar Ortaç "Bayati şiraz" mahnısının Azərbaycanda gecə klublarında müxtəlif versiyalarda səsləndirilməsinə etiraz edib.

Axşam.az xəbər verir ki, müğənni sözügedən mahnının bu cür yerlərdə səsləndirilməsini və remiks edilməsini düzgün hesab etmədiyini vurğulayıb:

"Vətənimdir" deyə, bir mahnı var. Azərbaycan şəhidlərinə ithaf olunub. Vətənimdir, vətənimdir, vətənim. Onu diskotekalarda çalmağa başlayıblar. Buna kədərlənirəm. Remiks, filan ediblər. O şəhidlər üçün yazılan sözlərdir. Bir uşaq (red. gənc xanəndə Kənan Bayramlı) səsləndirmişdi, adını xatırlamıram, "Bayatı Şiraz" deyilir. O mahnını gecə klublarında səsləndirilməməlidir".