Xalq artisti 5 illik fasilədən sonra 20 nəfərlik ansamblı ilə yeni və repertuarındakı sevilən mahnıları ilə tamaşaçılarının qarşısına çıxıb.
SHOWNEWS.AZ xəbər verir ki, bəstəkar Vaqif Gərayzadə bədii rəhbərliyini etdiyi konsertdə sevənləri xalq artistini gül-çiçək yağışına tutmuşdu.
Alqış sədaları gücləndikcə Brilliant xanım zala enməyə qərar verdi və tamaşaçılarla “Bəri bax” mahnısını ifa etdi. Xalq mahnısının sözlərini əzbər bilən tamaşaçılar sənətkara böyük məmnuniyyətlə qoşuldular. Brilliant xanım xalq mahnılarını estrada musiqisinin pərəstişkarlarına sevdirməyi ilə qürur duyduğunu dilə gətirdi.Gecədə bəstəkarlar Vagif Gərayzadə, Aygün Səmədzadə, Nailə Mirməmmədli və Yeganə Axundova müğənninin ifalarında mahnılarını royalda özləri müşaiyət etmişlər.
Qeyd edək ki, konsert Azərbaycan televiziyası tərəfindən lentə alınıb.