Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məşhur memar Tural Namazov "Lamborghini" hədiyyə edəcək

Məşhur memar Tural Namazov "Lamborghini" hədiyyə edəcək

Bu günə kimi respublika üzrə 11 ən məşhur layihənin memarı olan Tural Namazov sahibi olduğu "REDesign Studio" inşaat və dizayn şirkətinin ikinci ofisinin açılışı təmtəraqlı keçirilib. Açılışda memarlar, tanınmış iş adamları, jurnalistlər, blogerlər iştirak ediblər. 
 

Axşam.az xəbər verir ki, Ağ şəhərdə yerləşən ofisin açılışı zamanı illərdir memar kimi fəaliyyət göstərən Tural Namazov yeni ofisindən, dizaynerlərindən bəhs edib:

"Heydər Əliyev adına Müasir Təhsil Kompleksində oxumuşam. Memarlıq və İnşaat Universitetində ali təhsil almışam. Uzun müddət memar və konstruktor kimi çalışmışam. Bir çox böyük layihələrdə iştirak etmişəm. Onlar arasında "Şahdəniz 2", "ADA Universiteti" də yer alır. 2 ilə yaxındır öz şirkətimi qurmuşam. İkinci ofisə tələbatın yarandığını hiss etdim və indi buradayam. İnanıram ki, üçüncü, dördüncü ofisimiz də olacaq. Nələr edəcəyimiz, hansı işlər görəcəyimizlə bağlı planlarımız böyükdür. Bir gün Azərbaycanda hər bir binada "REDesign Studio"nın imzası olacaq. Bu günə kimi sosial şəbəkədə paylaşım etmirdik. Amma bundan sonra müştərilər əl işlərimizlə tanış ola bilərlər. Əminəm ki, bizim ən az 15 dizaynımız dünya trendinə düşəcək".

 

N.Tural  ofis daxilində qoyulan "Lamborghini" markalı avtomobildən də söz açıb. O bildirib ki, qırmızı rəngli bahalı maşın şirkətdə çalışan dizaynerlərdən ən yaxşısına 4 il sonra hədiyyə olunacaq.