Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəşad Dağlının övladlarına jest

Rəşad Dağlının övladlarına jest

Adını açıqlamayan şəxs Rəşad Dağlının övladlarının təhsil haqqını ödəyib.

Kimliyinin açıqlanmasını istəməyən şəxs hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının övladları Yusiflə Betülün oxuduğu məktəbin illik təhsil haqqını ödəyib.

Ödənişin kimin tərəfindən edildiyini bilməyən meyxanaçının oğlu Yusif Əmirov sosial şəbəkə hesabında həmin şəxsə təşəkkürünü bildirib:

 

"Çox adam bizim təhsil haqqımızı soruşur. Tanımadığımız şəxs pulu ödəyib. Anonim şəxsə təşəkkür edirik".

 

Xatırladaq ki, Rəşad Dağlı məhkəmədə açıqlaması zamanı övladlarının özəl məktəbdə oxuduğunu deyib. O ötən il noyabrın 9-da qonşusu İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirib. Daha sonra könüllü olaraq polisə təslim olub. Meyxanaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.