MTV Azərbaycan kanalının ən baxımlı verilişlərinin aparıcısı Tarix Əliyev sabahdan yenidən evlərinizin qonağı olacaq.
SHOWNEWS.AZ xəbər verir ki, aparıcı 1 il fasilədən sonra yenidən şou biznes nümayəndələrinin iştirakı ilə "Tarixin bir günü" verilişini bərpa edib. Veriliş saat 12:00-da canlı yayımlanacaq
Yeni verilişi üçün T. Əliyev yeni və çox bahalı studiya ilə tamaşaçı qarşısına çıxacaq. Studiyanın hazırlanması ümumilikdə 2 aydan çox zaman alıb.
Verilişdə şou əhlindən başqa həkimlər, vəkillər, idmançılar və s. peşə sahibləri olsa da, verilişin əsas hissəsini şou nümayəndələri təşkil edir.
Qeyd edək ki, T. Əliyev ötən mövsüm MTV-də "Ümid ilə gəl" sosial layihəsi ilə tamaşaçı qarşısına çıxıb.