Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova arasındakı küsülülük bitib.
Barışıq addımını L.Məmmədova atıb. Müğənni ötən gün ad günü olan Dadaşovanı təbrikə yollanıb.
"Onu öpüb, qucaqlayıram. Böyük sənətkarımızdır. Bura rahat gəldim, çünki onun böyüklük edəcəyinə inanırdım. Gənc yaşlarımda özüm də bilmədən sənətkarın xətrinə dəymişəm. İndi onu dərk edirəm. Zəhmətlə üzərində çalışan insanın əziyyəti yerdə qalmır, bir yerlərə gəlib çatır. Sənətin zirvəsi yoxdur. Amma mən və bir çox sənətçi nə qədər qalxsaq da, Brilliant Dadaşova zirvəsinə çata bilmərik. Çünki sözünü demiş "kraliçadır" və zirvədədir. Azərbaycanın birincisidir və zirvədədir" deyə, Lalə söyləyib.
Qeyd edək ki, B.Dadaşova görünüşcə ona bənzədilən L.Məmmədova ilə danışmır. İfaçılar dəfələrlə bir-birinin ünvanına qalmaqallı açıqlama verib.