Azərbaycanın xalq artisti, muğam ifaçısı Könül Xasıyeva 3 gün Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edir.
SHOWNEWS.AZ xəbər verir ki, səhnəni bir sıra sənət dostları ilə bölüşən xanəndə konsertini dost çəclisi adlandırıb. 4 saat davam edən konsert tamaşaçılara xoş və unudulmaz anlar yaşadıb.
Bu gün isə Könül Xasıyevanın doğum günüdür. 50 yaşını Heydər Əliyev Sarayında qeyd edən xalq artisti həyat tək arzusunun qaldığını dilə gətirib. Onun bu sözləri hər kəsi kövrəldib:
"Həyatda tək arzum var. Övlad toyu... Bir ana, bir qadın olaraq Kazımımın toyunu görmək istəyirəm. Yeganə arzum budur".