Ermənistanın dövlət səviyyəsində etdiyi işi Aygün Kazımova tək başına edib
Aygün Kazımovanın 11 il öncə gördüyü işi Ermənistanda hələ indi edirlər. Özü də dövlət səviyyəsində. Büdcəsi də nə az, nə çox düz 6 milyon dollar…
Söhbət dünya şöhrətli amerikalı reper Snup Doqqun Ermənistana gəlişindən gedir.
Bildiyiniz kimi, hər zaman ilklərə imza atan, sənətinə ağılasığmaz sərvət xərcləyən Xalq artisti Aygün Kazımova 11 il öncə heç bir maddi yardım olmadan öz hesabına Snup Doqqla “Coffee from Colombia” duetini təqdim edib. Azərbaycanda rezonans olan, bugünə kimi heç bir müğənnimizin reallaşdıra bilmədiyi bir layihə ilə şou biznesin divası Snup Doqqla duet oxuyub, klip çəkdirib. Həmçinin ona qəhvə içirdə-içirdə nəinki Azərbaycana, hətta can qardaşımız olan Türkiyəyə də salamlarını, sevgisini göndərtdi.
Azərbaycanlı müğənni olaraq Aygün Kazımovanın bu layihəsi əksər dünya hit-paradlarında zamanında birinciliyə yüksəlməyi də bacarıb. Dünyanın əksər media orqanlarında Azərbaycandan olan müğənninin dünya şöhrətli reperlə duetindən yazılıb. Bir sözlə, Xalq artisi adına layiq olaraq hər cəbhədə dövlətinin adını müsbət mənada hallandırır, öncə çıxardır və sosiallaşdırır. Hətta bu duetdən sonra Aygün Kazımovaya Almaniyada təşkil olunan “DAF BAMA MUSİC AWARDS” mükafatı da təqdim olunub. Burada da Xalq artistimizin Azərbaycandan olan sənətçinin dünya ulduzu ilə olan layihəsindən danışılıb, həmin klip təqdim olunub. Dünyanın müxtəlif ölkələrində, o cümlədən, Amerika, Avropa və Asiya ölkələrində canlı yayımlanan mükafatlandırma gecəsində Azərbaycan adı qürurla dilə gətirilirdi.
Həmin ərəfədə Aygün Kazımovanın ayıq-sayıqlığı nəticəsində erməni təxribatının qarşısı alınıb. Belə ki, bütün dünyaya canlı yayımlanan mükafatlandırma gecəsində mənfur düşmənlərimiz fürsətdən istifadə edərək öz sənətçilərinə “Sarı gəlin” mahnısını erməni dilində ifa etdirməklə yanaşı, qondarma respublikanın da adı hallanmalı idi. Məhz Xalq artistinin müdaxiləsindən sonra onların bu təxribatının qarşısı alınıb. Hətta erməni təmsilçi bu haqda Ermənistan mediasına da açıqlama verərək, Azərbaycandan olan sənətçiyə görə istəklərini reallaşdıra bilməməsini etiraf edib.
Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın yeni mer seçkiləri kampaniyası öncəsi baş tutan mitinqində məhz Snup Doqun Ermənistana dəvətini dövlətin reklamı üçün edildiyini açıqlaması oldu.
Paşinyan deyir ki, Snup Doqun Ermənistana gəlişi dövləti gündəmə gələcək:
“İnsanlar soruşur ki, niyə dövlət bu qədər pul xərcləyir və dünya şöhrətli amerikalı reperi Ermənistana gətirir? Biz 3 min il tarixi olan millət, 3 min il tarixi olan dövlət olduğumuzu deyirik. Kimsə statistik araşdırma aparıbmı dünyada neçə faiz insan “Ermənistan” sözünü bilir? Ermənistana bu cür dünya şöhrətli insanlar gəldikdə, Ermənistanın adı sosial şəbəkələrdə, dünyada, gənclər arasında danışılır. Biz bunu Ermənistan naminə edirik. Heç kəs düşünməsin ki, Ermənistan yoxdur, Ermənistan sınıb və ya diz çökdürülüb”.
Ermənistan öz adının reklamı üçün Snup Doqqa bütünlükdə 6 milyon dollar pul xərcləyəcək. İndi təsəvvür edin ki, Aygün Kazımova qadınlığı ilə Ermənistanın dövlət səviyyəsində etdiyi işi tək başına görüb.
Ötən gün isə məlum olub ki, məhz ordumuzun növbəti dəfə qələbəsi, düşmən dövlətin məğlubiyyəti səbəbindən reklam ümidi ilə baş tutacaq konsert də təxirə düşdü.