Müğənni Lətifə Soyuözün dünyasını dəyişən nənəsindən danışıb.
O, nənəsinin vəsiyyətini açıqlayıb.
"Bizi neçə gün içində tək qoymayan, ziyarətimizə gələn insanlara təşəkkür edirik. Nənənm mənim və bütün ailəmiz üçün önəmli bir insan idi. Onun həyata baxışı fərqli idi. 96 yaşına kimi özü biznesini idarə etdi. Çətin də olsa, qəbul edirik ki, həyat davam edir. Hər zaman dedi ki, məni gözəl yad edin. Vəsiyyət edirdi ki, ağlamayın, gülün. Həyata baxışı fərqli idi. Ona görə, deyirdi ki, məni gözəl formada yad edin" deyə, o, bildirib.
Qeyd edək ki, Elmira Axundova iş qadını olub. O, xeyriyyəçilik işləri ilə məşğul idi. Lətifə açıqlamalarında sənətdə nənəsinin maddi və mənəvi ona dəstək olduğunu söyləyib.