Xalq artisti Faiq Ağayev ölümlə üz-üzə qalması haqda danışıb.
Ölümü dadan ifaçı "Mədəniyyət" telekanalında qonaq olarkən həyat sevgisindən söz açıb:
"Həyatımda iki dəfə komaya düşmüşəm. Rəsmən ölmüşəm. Ona görə yaşamağı sevirəm və ölməkdən qorxmuram. Bilirəm ölüm nə olan şeydir. Yaşamaq isə çox şirindir. Bir də görürsən kimsə 100 illiyini qeyd edir, içində deyir ki, kaş bir il də yaşayardım. Bu dünyada hər bir canlıda ən böyük istək yaşamaqdır. Biz sənətlə yaşamaq hissini dolğunlaşdırırq. İnsana yaşamaq üçün səbəb veririk" deyə, F.Ağayev bildirib.