Müğənni Aysel Əlizadə alt paltar detal olan cins şalvarını tənqid edənlərə cavab verib.
Axşam.az-ın məlumatına görə, ifaçı bu barədə sosial media hesabında yazıb:
"Bu, cins şalvar modelidir. Artıq bezdim deyə yazıram. Bu tərzlərdə belə cins şalvar modelləri çoxdur. Deyim ki, sabah bunlardan başqasının əynində görəndə də boş-boş danışmayın. Araşdırın, sonra tərbiyəli danışmağa cəhd edin.
Dəhşətsiniz, biriniz də yazmırsınız ki, xeyirli olsun. Anlayıram nədəndir, çünki o mədəniyyət yoxdur.
Yaxşı fikir bildirmək, müsbət yanaşma yoxdur. Bu boş-boş yazanların fikri olacaq ki? Onlarınkı yalnız fəsadlıq, tərbiyəsizin tərbiyə haqqında müzakirəsidir. Xoşunuza gəlmir, tərbiyəli ol, izləmə. Açıqlama verdim ki, biləsiniz, bilmirsinizsə, öyrənməyə cəhd edin".