
Xalq artisti Nisə Qasımova uzun illərdən sonra bu gün ilk dəfə canlı yayıma çıxıb.
SHOWNEWS.AZ xəbər verir ki, "Rəngarəng səhər" verilişində qonaq olan sənətkar onu səhhətinə qovuşduran, danışıq qabiliyyətini bərpa edən loqoped Esmira Qafarovaya birbaşa efirdən təşəkkür edib.
Bu gün nitqinin bərpa olunmasında, deformasiyaya uğrayan simasının əvvəlki vəziyyətinin qayıtmasında Esmira Qafarovanın rəhbəri olduğu "Qüsursuz Nitq Mərkəzi"nə minnətdarlığını bildirib.


