"Həqiqətən də kiminin əvvəli, kiminin axırı. Birinin iki ali təhsili var, biri də heç orta məktəbi düz-əməlli bitirə bilməyib".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında yazıb. Sənətçi tənqidi sözləri hansı sənət yoldaşına ünvanladığını gizli saxlayıb:
Elnarə sözlərini belə davam edib:
"Birinin göstərə biləcəyi sənət o qədər zəngindir ki, onun zahirən özünü təsdiq etməyə ümumiyyətlə ehtiyacı yoxdur. Biri də əməliyyat olunmuş saxta "paxlava"larını göstərib, o qədər rişxənd edir ki, gəl görəsən. Çünki daxili boş olanlar hər zaman zahirən süslənməyə ehtiyac duyacaq. Başqa göstərə biləcəyi heç nəyi yoxdur. Və əksinə, daxili zəngin olanların göstərmək istədiyi yalnız sənətdir. İzləmədə qalın, dostlar. Layihənin möhtəşəmliyi əslində onun savadlı olmasındadır. Yoxsa nə var sizin kimi xalq mahnılarını korlamağa".