Uzun illərdir küsülü olan “W-trio” qrupunun keçmiş üzvləri Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Səidə Sultan bir araya gəliblər.
Axşam.az xəbər verir ki, bununla bağlı fotonu Səidə sosial şəbəkədə paylaşıb. O, şəklə "İllər keçsə də, nə qədər didişsək də, doğmalıq keçmir" qeydini yazıb.
Onlar Röyanın bağında qonaq olublar. Fotoda Natavanın və Səidənin bacıları da yer alıb.