Müğənni Nura Suri insanların tam olaraq nəzarət altında yaşadığını və idarə olunduğunu bildirib.
Sənətçi bildirir ki, biz özümüz də bilmədən kimlərsə tərəfindən kontrol altındayıq:
"İnsanların azadlıq sözünü unutmaq zamanıdır. Azad düşüncə belə mövcudluğunu itirib.
Hər kəs tam kontrol altındadır. Hər yer kamera, əlimizdəki telefonlar gündə neçə addım atdığımızdan tutmuş, kiminlə harda olduğumuza kimi bilir və sistemə ötürür. Sosial şəbəkələrdə səhifələri qarşımıza çıxararaq beynimizdə fikir formalaşdırmaq 2x2 kimi asandır. Bizi özümüzdən daha yaxşı tanıyır bu sistem. İnsanlar bir-birinə etibarını itirib, çünki danışanda səsimizin kimsə tərəfindən yazılıb yazılmadığına belə əmin deyilik. Əvvəllər insanlara nəyi etmək olar, olmaz deyilirdi (din, qanun və s.) İndi nə dinə, nə qanuna ehtiyac belə qalmayıb bizi idarə etmək üçün. Nəğd pul da aktuallığın itirdiyinə görə kim nə qədər qazanır, nə qədər və hara xərcləyir artıq məlumdur. Hamının zəif yeri, səhvi, sirri, hər şeyi məlumdur. Gizli heç nə qalmayıb. Tam sistemə tabeyik. Bütün dünya belədir və daha betəri olacaq. Robotlar, kuklalar kimi yaşayırıq insan kimi yox. Çünki insan həm bu dünyanı həm də insanlığı məhv etməyi bacardı ancaq. Heyvanlara, təbiətə, insanlara verdiyi əziyyətin bəhrəsidir bu. Deyəsən, şeytan haqlı çıxdı".