Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Demet Akalın “Altın Kelebek” mükafatını boykot etdi

Demet Akalın “Altın Kelebek” mükafatını boykot etdi

Türkiyəli müğənni Demet Akalın "Altın Kelebek" mükafatlarına namizəd göstərilməsini istəmir.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib. O, bu ildən etibarən sözügedən mükafatlara namizəd göstərilməmisini istəyib.

"Haqqımız olan illərdə vermədilər, olmayanda isə verməsinlər. Namizəd, filan da olmayacağam. Əsla bu müsabiqə üçün vaxt, enerji sərf etməyin. Çünki nə namizəd, nə də mükafata layiq olmaq istəyirəm" deyə, Akalın vurğulayıb.

Qeyd edək ki, daha əvvəl türkiyəli müğənni Ebru Gündeş də müsabiqələrə namizəd göstərilmək istəmədiyini demişdi.