Müğənni Ramal İsrafilov bibisi, Xalq artisti Mələkxanım Eyubovanın onu qızı Nəzrinin nişan məclisinə dəvət etmədiyini deyib.
Sənətçi bu haqda "7 tamam" proqramında danışıb. O bildirib ki, məclisə çağrılmayıb:
"Bibimi və övladını təbrik edirəm. Yəqin mən toyda iştirak edərəm. Nişana dəvətli deyildim. Aramızda heç bir problem yoxdur. Yəqin ailə içində məclis olub. Nəzrin və Mərdan xoşbəxt olsunlar".
Qeyd edək ki, Nəzrin müğənni Mərdan Kazımovla nişanlanıb.