Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Misirli ərinin Şeymadan boşanmasının SƏBƏBİ BƏLLİ OLUB

Misirli ərinin Şeymadan boşanmasının SƏBƏBİ BƏLLİ OLUB

Türkiyəli bloger Şeyma Subaşı ilə Muhammed Alsaloussinin boşanmasının təfərrüatları ortaya çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanmasına Muhammedin Subaşıya "Gecələr partiyə getmək olmaz, artıq biz evliyik" deməsi səbəb olub.

Aralarında mübahisələr yarandıqdan sonra Muhammed boşanmaq üçün müraciət edib.

Qeyd edək ki, Şeyma və Mohammed mayda ailə qurub. Onlar üç gün, üç gecə toy etmişdi. İkili məhkəməyə təqdim etdikləri sənədlərdə aralarında sevgi bağının olmadığını və bir-birilərindən təzminat tələb etmədiklərini vurğulayıblar.