Aktrisa Xuraman Əlizadə açıqlaması ilə müzakirələrə səbəb olub.
Sənətçi "Günaydın Axərbaycan" proqramında xəyanətdən danışıb. O bildirib ki, həyat yoldaşının xəyanətini bağışlayar:
"Yoldaşım küsülü halımızda "Xuraman" deyib çağırsa, barışaram. Xəyanət belə etsə bağışlayaram. Övladıma, özümə, həyatda tək qalmamaq, övladımın yanında atası olsun deyə, bağışlayaram. Mən də dəfələrlə bu addımı atmışam. Həyatımda dəfələrlə olub".
Qeyd edək ki, X.Əlizadə ailəlidir və bir oğul övladı var.