Müğənni Fədayə Laçın uzun müddət sonra efirə çıxıb.
"Xəzər axşamı" verilişində qonaq olan sənətçi haqda anası Təranə xanım açıqlama verib. O, qızının həbsxanaya düşməsindən danışıb:
"Fədayə uşaqlıqda oğlan kimi olub. Onu elə böyüdüb, oğlan kimi geyindirmişəm. Qızım İlahə ən saf məhəbbətimdən dünyaya gəlib. Fədayə isə qəmli vaxtıma düşdü. Ona görə də ona münasibətim başqadır. İlahənin üç yaşı vardı. Mən isə kənddə qayınatamgildə qalırdım. Həyat yoldaşım Bakıda fizika-riyaziyyat fakültəsində oxuyurdu. Eşitdim ki, o kimləsə ailə qurub. O zaman Fədayə hamilə idi... Fədayənin oğlunu mənim valideynlərim saxladı. Sonra mən də ikinci dəfə ailə qurdum.
Elə bilirdim oğlum Fədayədir. O hadisə olanda (Fədayənin həbs olunması xəbəri - red.) çox pis olduq. Fədayə həbsxanadan mənə zəng vurdu. İstədi ağlaya, amma dedim ki, ağlama. Mən səni oğlum kimi saxlamışam. Sən mənim oğlumsan. Kişinin başına iş gələr. Möhkəm ol. Ona belə desəm də ürəyimdə çəkdiyimi çəkdim (ağlayır)".
Qeyd edək ki, müğənni 2017-ci ildə həbs edilib. Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb.