Hollivud ulduzu Jan Klod Van Dammın oğlu da Hacızadə ad günü ilə bağlı paylaşım edib.
24 yaşı tamam olan Suada özəl günündə həyat yoldaşının onun arzusunu reallaşdırdığını bildirib.
Belə ki, onlar Floridada yerləşən “The Wizarding World of Harry Potter” (Harri Poterin sehrli dünyası-red.) adlı şəhərciyə yollanıblar.
“Kristoferə bu gözəl və emosiyalarladolu gün üçün təşəkkür edirəm. Səni sevirəm. İndi mənim özəl kolleksiyamda şəxsi çubuğum da var. Yazdıqlarım dünən yaşadıqlarımın yalnız 10 faizidir. Tezliklə hamısını görəcəksiniz”, - deyə Suada qeyd edib.
Kristofer isə Suadanın fotosunu paylaşıb və bunları yazıb: “Uzun müddət davam edən xəyallardan sonra o, nəhayət bura ayaq basdı. İndi o, həmin çubuqla da tanış oldu”.
Xatırladaq ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah masasına oturub.