“Xoşbəxt olmayan ailədə dünyaya göz açmışam. Valideynlərim bir-birini istəməyib. Evdə hər gün dava olurdu. Bir-birlərini incidiblər. Bunların hamısı gözümün önündə yaşanıb. Məndə kişilərə qarşı bir növ nifrət var. Problem yaşayıram. Kişiləri heç vaxt ətrafıma buraxa bilmirəm. Düşünürəm ki, mənə xəyanət edə bilər, məni incidər, dəyərimi azalda bilər, əskildər".
Bu sözləri “Miss Azərbaycan”, model Səmra Hüseynova izləyicisinin "niyə ailə qurmaq istəmirsən?" sualına cavab olaraq deyib.
O, orta məktəbdə təhsil alarkən qurduğunu xəyalını da dilə gətirib: "Hardasa altıncı və ya yeddinci sinifdə xəyal qurmuşdum ki, mənim 30 yaşım olacaq, anamla tək yaşayacağıq və mən ərdə olmayacağam. Hazırda da onu yaşayıram. Psixoloji problemlər yaşadığım üçün, istəmirəm məndən sonra övladım da mənim yaşadıqlarımı yaşasın”.