Müğənni Musa Musayevin səhhətində problem yaranıb.
Bu barədə sənətçinin müğənni həyat yoldaşı Təranə Qumral "7 tamam" verilişində danışıb. O, Musa Musayevin bir neçə gün əvvəl ikinci dəfə infarkt keçirdiyini bildirib:
"Birinci dəfə infarkt keçirəndə gizli saxlamışdıq. İstəmədik ki, kimsə bilsin. Mikroinfarkt keçirib, ürək damarlarına 3 stent qoyulub. Hazırda evdə müalicə alır".