Aparıcılar Zaur və Günay Baxşəliyevanın ötən gün evlilik ildönümü olub.
Axşam.az xəbər verir ki, cütlük özəl günləri üçün obyektiv qarşısına keçib. Görüntülərdə onların övladları Dilavər və Davud da yer alıb. Aparıcılar sosial şəbəkədə paylaşdıqları görüntülərə bu sözləri yazıblar:
"Ailəmizin 11 yaşı tamam oldu, maşallah. 26.10.2012 - Allah bütün ailələri qorusun".