Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şou əhli milyonlar tökdü bacarmadı, ANAR AĞAKİŞİYEVİN İSƏ AYAĞINA GƏLİRLƏR FOTOLAR

Şou əhli milyonlar tökdü bacarmadı, ANAR AĞAKİŞİYEVİN İSƏ AYAĞINA GƏLİRLƏR FOTOLAR

Türk şou biznesinə qatılmaq bir neçə il öncə müğənnilərimizin ən böyük arzularından biri idi. Bir neçəsi ağılasığmaz məbləğlər xərclədi, ən bahalı kliplər çəksə də, türk tamaşaçısı onları öz müğənniləri ilə eyni sırada nə gördü, nə də qəbul etdi. Hərçənd ki, aralarında bir neçə uğurlu iş ortaya qoyanlar oldu. 
Nəticə etibarı ilə bu uğursuzluğu görəndən sonra müğənnilərin bir növ "fısı yatdı" və elə "toy xaraşo" deyib, yenə də "o restoran sənin, bu restoran mənim" deyərək pullarını qazanmağa başladılar. 
Pandemiya dövrü isə hamı kimi şou əhlinə sözün əsl mənasında "od qoydu". Bu haqda isə çox danışmağa ehtiyac yoxdur. Hamımız elə eyni gündəyik...

Şou əhlinin sükut içində yaşadığı bu siçan ilində ən uğurlu sima Anar Ağakişiyev oldu desəm, yanılmaram. 
Demək olar ki, müğənnilərimizin can atdığı, amma özlərini qəbullandıra bilmədiklərini türk məşhurlar Anarla görüşmək üçün özləri can atdı. Özü də söhbət elə-belə türk məşhurlarından getmir. Türk şou biznesinin ənas sütünü Bülent Ersoydan tutmuş, Demet Akalın, Gülben Ergen, İrem Derici və başqalarına kimi...
Azərbaycandakı fəaliyyətini Türkiyəyə transfer edən Anarın uğuru isə qardaş ölkədə gündən-günə artmağa davam edir. 
Heç şübhə etmirəm ki, bu işdə Anarın da uğurlarını həzm etməyən türk stilistlər olacaq. Bu da normaldır. 
Amma əminəm ki, Anar bu uğurunu layiqincə davam etdirəcək. Çünki bu illər ərzində Anarın yollarını kəsmək istəyənlərin də sayı hesabı saysız olub. Amma istedad varsa, o, gec-tez öz layiqli yerini tapacaq. 
Anar, səni sənətindəki uğurla təbrik edirəm. 
Sən "Şou əhli arasında 2020-ci ilin adamı" oldun!

 

İsa Şükürov