Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İlhamə ATV-dən getdi

İlhamə ATV-dən getdi

Uzun illərdir ki, Azad Azərbaycan telekanalında çalışan aparıcı İlhamə Bədəlova işindən ayrılıb.

OLAY-ın əldə etdiyi məlumata görə, “Həkimsən” verilişinin aparıcısı başqa kanalda işə başlayıb.

Belə ki, Bədəlova artıq “Space” TV-də fəaliyyətini davam etdirəcək.

Bu gün sözügedən proqramın əvəzinə “Bir kişi, bir qadın” serialı yayımlanıb.

Qeyd edək ki, İlhamə “Həkimsən” verilişi ilə yanaşı bir müddət Vüsalə Əlizadəni “7 canlı” proqramında əvəz etmişdi.