Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Dünyada tanınan Alim Qasımovdur, o da toya gedir"

"Dünyada tanınan Alim Qasımovdur, o da toya gedir"

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Elgiz Əkbəri tənqid edib. 

Buna səbəb Elgizin meyxanaçı Samirə Yusifqızının rəqsini proqramında nümayiş etdirməsi və onun tərəfini tutması olub. Belə ki, bir neçə gündür Samirənin rəqs videosu sosial şəbəkədə tənqid edilir. "Elgiz isə verilişində bu haqda danışaraq, onu müdafiə edib.  

Tolik "Tarixin bir günü" proqramında məsələyə münasibət bildirərək, bunları söyləyib:

"Samirə yaxşı xanımdır. Elgizə zəng etdim ki, biz nəyi tərifləyirik? Hamımız bilirik ki, Samirə pis iş görməyib, əcəb edib oynayıb. Amma bu o demək deyil ki, medal asaq sinəsinə. Onsuz Samirə öyrəncəklidir: ya efirdə gəlinlik geyinib, ərə gedir, gah oynayır. Samirə rəqs edəndə, qızı paylaşıb. Hələ deyir ki, qızım deyir, ana, 50 nəfər görüb, götürüb özüm də paylaşdım. Sənin mərd oğlun var. Demirsən ki, kimsə oğluna nəsə desə, o da onu vursa nə olacaq? Hələ qızın da yazıb ki, "Anam Azərbaycanın Cennifer Lopesidir". Samirə elə yaşdadır ki... Elgiz anons qoyub ki, sənət dostları Samirəni müdafiə etdi. Kim zəng vurdu?".

Tolik proqramda ekspert qismində oturan Aydın Xan Əbilovun "Müğənnilərimizi brendləşdirək" sözünü tənqid edib:

"Müğənnilərimizdən Biləcəridən o yana keçən yoxdur. Hansı brenddən danışırsınız? Hamımız zavod çörəyi geyiyirik. Hansı müğənninin özəl təyyarəsi var? Kim Gülbən Ərgən kimi fond açıb, məktəblər tikdirir? Kimdir brend müğənni? Yalançı ev, qızılları göstərirsiniz. Hamınız saat 7-də toya gedirsiniz. Kabab yeyib, evə gedəndə aş aparırsınız. Dünyada tanınan Alim Qasımovdur, o da toya gedir".