Pandemiya dövrünü ailəsi ilə birlikdə Almaniyada keçirən Tarkan bir milyon lirəlik təklifdən imtina edib.
SHOWNEWS.AZ xəbər verir ki, Tarkan bu qərarı yeni ilini həyat yoldaşı Pınar Tevetoğlu və qızı Liya ilə keçirmək istədiyi üçün verib. O, son 6 ildə ilk dəfə yeni ili evdə qarşılayacaq.
Məlumata görə, bu məbləği pop ulduza Yeni il ərəfəsində rəqəmsal platformada çıxış edəcəyi halda verəcəkdilər
Sənətçi, karantin dövründə fərqli markalardan gələn yüksək təkliflərin də heç birini qəbul etməyib.