Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“İkinci dəfə ana olmaq üçün 7 dəfə süni mayalanma etdim, alınmadı…”

“İkinci dəfə ana olmaq üçün 7 dəfə süni mayalanma etdim, alınmadı…”

Müğənni Xatirə İslam ikinci dəfə ana olmaq üçün bir neçə dəfə cəhd etdiyini açıqlayıb.   

SHOWNEWS.az xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan ifaçı 7 dəfə süni mayalanma etdirdiyini bildirib. O, hətta bir neçə dəfə bunun üçün xaricə üz tutduğunu da etiraf edib. Lakin heç bir əməliyyatın uğurlu olmadığını da əlavə edib.   


O, məhz hormonal dərmanlar qəbul etdiyi üçün bir vaxtlar xeyli çəki aldığını bildirib.    X. İslam artıq bu arzusundan vaz keçdiyini dilə gətirib.   

Qeyd edək ki, müğənni ailəlidir və 1 oğlu var.