Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Heç vaxt kişi məclislərində oxumamışam” - Xatirə İslam

“Heç vaxt kişi məclislərində oxumamışam” - Xatirə İslam

Müğənni Xatirə İslam açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbər-ətər” verilişində getdiyi el şənliklərindən söhbət açıb. 

Xatirə bu zamana qədər kişi məclislərində iştirak etmədiyini bildirib: 

“23 ildir ki, efirdəyəm. Mən heç vaxt kişi məclislərində oxumamışam. Orada madiyyat nə olursa olsun (yüksək qonorarı nəzərdə tutur – red.) kişi məclislərinə getmirəm. Bu zamana kimi də getməmişəm. Kişi məclislərinə gedən qadın müğənnilərə pis baxmıram. Bu, normaldır. Sənətçi, sənətkar hər yerdə oxuya bilər”. 

Müğənni proqramın gedişatında xına məclislərinə getdiyini, lakin xına-dekor biznesi ilə artıq məşğul olmadığını dilə gətirib.