Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Tiktok-u açırsan, Balaəlini, Nəfəsi görürsən” - Millət vəkili

“Tiktok-u açırsan, Balaəlini, Nəfəsi görürsən” - Millət vəkili

“Sən bir qadını, kişini çıxarıb, verilişdə onu alçaldırsan. Biz kanallara bunu deyəndə bildirirlər ki, pulları yoxdur, qazancları oradan gəlir”.

OLAY yazır ki, bu sözləri iş xanımı Ruhi Əliyeva və “Liatris Holdinq”in birgə ərsəyə gətirdiyi “Qadına şiddətə son” tədbirində deputat Ceyhun Məmmədov deyib. O, televiziyada yayımlanan bəzi verilişləri tənqid edib:

“Mən təklif edirəm ki, dövlət tərəfindən kanallara ailə dəyərləri ilə bağlı tərbiyəli verilişlərin yayımı üçün qrant ayrılsın. Onlar deyirlər ki, biz bu yolla dolanırıq. Mən bu fikirlə razı deyiləm. Hesab edirəm ki, yaxşı verilişlər olsa, insanlarımız ona baxacaq. Çünki bizim müharibəmiz bitsə də, qarşımızda ciddi vəzifələr var. Bu gün qarşı tərəf bütün istiqamətlərdə çalışır, ciddi addımlar atır. Biz də bu istiqamətdə addımlar atmalıyıq. TikTok-u da açırsan, Nəfəsi, Balaəlini görürsən. Alqortimdir, başa düşürəm, amma bunun qarşısı alınmalıdır”.