Müğənni Vüqar Muradov evində çalışan ustalardan şikayət edib.
Axşam.az xəbər verir ki, sənətçi ustaların ona ziyan vurduğunu, üstəlik pulunu alıb, qaytarmadıqlarını bildirib:
"Bu iki dələduz, ustalıqdan xəbəri olmayan Rasim və Calal mənim evimdə işləyirdilər. Evimi bərbad günə qoymuşdular, yazığım gəldi, dedilər qalaq işləyək. Dedim işləyin, səhvlərinizi də düzəldin. Düzəltmədilər, hətta biri 350, o biri də 460 manat borclu qaldı. İndi telefona cavab vermirlər, söz vermişdilər gətirib pulu qaytaracaqlar. 2 aydır gətirmirlər, vurduqları ziyan ən az 3-4 min manat arasıdır. Sabunçuda yaşayırlar və hər ikisi də Gədəbəydəndir".
Vüqar polisə müraciət edərək "Azərbaycan polisindən xahiş edirəm bu iki dələduzla bağlı tədbir görsünlər" sözlərini əlavə edib.