TikTok qeyri-ciddi, əxlaqsızlığı təbliğ edən platformadır. Kim edib bunu? Biz, özümüzünkülər, oradakı Azərbaycan qızlarıdır da.
Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Tarixin bir günü" verilişində deyib. O, TikTok sosial şəbəkə platformasını tənqid edib:
"TikTok-a müğənnilər normal mahnılarını qoysa nə olar? Feybuk bu gün ən ciddi platformaya çevrilib. Nə üçün TikTok deyirik? TikToku biabırçı hala çevirən özümüzünkülərdir. Baxanda xəcalət çəkirəm: bağırırlar, bir jetona görə nələr edirlər. Hüquq mühafizə orqanları bununla ciddi məşğul olmalıdır. Bu, mənəvi terror, zorakılıqdır".