Müğənni Nazənin Yeni ili xaricdə ailəsi ilə qeyd edəcək.
Sənətçi Yeni ili 5 restoranda səhnə almaq təklifi alsa da, bütün təkliflərdən imtina edib:
"Həmin gecənin xüsusi ab-havası var. Ailəliklə qərar verdik ki, Yeni il xaricdə keçirəcək. Ona görə həmin gecə üçün gələn bütün təkliflərə yox deməli oldum. Həmkarlarımdan kim həmin günü restoranlarda iş başında, səhnədə olacaqsa, hər birinə bol ruzi arzu edirəm. Allah hər birinin yardımçısı olsun".