Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə imzalanıb.
Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları mükafatlandırılıb.
Onlar arasında Xalq artistləri Mələkxanım Eyubova, İlham Namiq Kamal, Səkinə İsmayılova, Həmidə Ömərova və Əməkdar artist Gülşad Baxşıyeva da yer alıblar.
M.Eyubova, İ.N.Kamal, S.İsmayılova və H.Ömərova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. G.Baxşıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.