Xalq artisti Ramiz Məlik dekabrın 14-də vəfat edib.
Bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mərhumla vida mərasiminin vaxtı və dəfn yeri haqqında məlumat veriləcək.
Xatırladaq ki, R.Məlik uzun müddət idi ki, onkoloji xəstəlikdən müalicə olunurdu.