"Həyat yoldaşımdan küsən kimi TikTok-da canlı açırdım".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova sosial şəbəkədə canlı yayımda olarkən deyib.
Sənətçi "Mən TikTok açanda hamı deyirdi, utanmırsan TikTok açırsan? Küsəndə TikTok açırdım, barışan kimi təzədən bağlayırdım. İndi arada yenə canlı açıram, amma onun xəbəri yoxdur" sözlərini əlavə edib.
Qeyd edək ki, V.Şərifova Famil Xəlilovla eşq yaşayır. İfaçı bir müddət əvvəl ayrıldıqlarını deyərək "Rəsmi nikahımız yoxdur. Kəbinimiz var. Ona da son qoyduq" sözlərini söyləyib. İfaçının bu münasibətdən bir qız və bir oğul övladı var.