Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Röyanın “Tut əlimdən” mahnısı “YouTube” trendində ilk pilləyə yüksəldi

Röyanın “Tut əlimdən” mahnısı “YouTube” trendində ilk pilləyə yüksəldi

Xalq artisti Röya Ayxanın “Tut əlimdən” adlı yeni mahnısı Azərbaycan yutub trendində birinci pilləyə yüksəlib. 

Bir neçə gün öncə təqdim edilən mahnı artıq yarım milyona yaxın baxış sayı toplayıb.  

Sözügedən mahnıya davamlı olaraq TikTokda və instaqramda videolar çəkilməkdədir.

Qeyd edək ki, mahnının musiqisi Hacı Nazimə, sözləri isə Sərxan Nizamioğluna məxsusdur.  

Yutub trendində ikinci pillədə Aqşin Fateh və Pərviz Bülbülənin dueti, üçüncü pillədə Namiq Qaraçuxurlu, dördüncü yer Balaəli və Aydın Saninin dueti, top beşliyi isə Vəfa Şərifova tamamlayır.