Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Bizi çox qorxutdu, artıq səhhəti yaxşıdır" - Asyanın keçmiş həyat yoldaşı

"Bizi çox qorxutdu, artıq səhhəti yaxşıdır" - Asyanın keçmiş həyat yoldaşı

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl sedativ yolla dişini çəkdirən bloger Asya İsmayılovanın qəfil səhhəti pisləşdiyindən təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, blogerin keçmiş həyat yoldaşı Fuad İsmayılov Asyanın sağlamlıq vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında açıqlama verib. 

"İlk dəqiqələrdən mən və Asyanın anası Zəhra xanım birlikdə olmuşuq. Hətta öz avtomobilimlə Asyanın müalicə aldığı xəstəxanaya. İlk 48 saat ümumiyyətlə klinikadan ayrılmamışam. Baxıram ki, bəziləri düşünür ki, ümumiyyətlə gəlib- getmirəm. Bu məsələdə günahın kimdə olub-olmaması barədə hələki dəqiq sübut olmadığından kimsə barədə nəsə demək istəmirəm. Günah hər kimdə olsa da belə məqsədimiz məsələni böyütmək deyil, xəstəmizin sağlam ayağa qalxmasıdır. Başqa bir istəyimiz yoxdur. İlk 48 saat çox ağır keçdi. Asya bizi çox qorxurtdu. Şükürlər olsun artıq yaxşıdır. Yaranan xəstəlik "sepsis" artıq bitmək üzərədir. Qan dəyərləri də gətirdiyimiz ilk gündən bu günə kimi xeyli yaxşılaşıb", - deyə Asyanın keçmiş həyat yoldaşı Fuad vurğulayıb. 

Qeyd edək ki, Asya İsmayılova (Aslanova) bədəninə "sedativ" yolla diş çəkimi zamanı infeksiya keçib və halı qəfil pisləşib.