“Sən bir nəğmə” verilişinin aparıcısı Ceyran Rəhimova uzun illər sonra efirə qayıdır.
Bu barədə o, “Xəbər ətər” verilişində danışıb. Rəhimova bildirib ki, Xalq artisti Nəzakət Teymurova ilə ortaq layihə planlaşdırırlar:
“İnşallah. Görək hansı televiziyalarla danışıqlarımız alınar. Düşünürük ki, Nəzakət xanımla bərabər layihəmiz olsun. O, təkid edir, onsuz necə veriliş hazırlamaq olar? Əsas qərarı öz aramızda vermişik”.