Türkiyəli müğənni-aktyor Mahsun Qırmızıgül konserti zamanı duyğusal anlar yaşayıb.
Axşam.az xəbər verir ki, sənətçi səhnədə ifasını yarımçıq qoyaraq anası Faike Başkacirin alzheimer xəstəliyindən əziyyət çəkdiyini bildirib və kövrəlib:
"Bunu duyğulara bağlayıram və davamını oxuya bilmirəm. Aranızda analarını sevən insanlar çoxdur. Anam alzheimer xəstəsi olduğu üçün məni tanımır. O qədər kədərlənirəm ki...".