"Uşaq evindən heç vaxt körpə götürmərəm. Qəddarlığıma yazılmasın, amma heç vaxt bunu etmərəm. Bu mənim düşüncəmdir. Hər kəsin fikrinə də hörmətlə yanaşıram. Bundan sonra da yalnız öz dünyaya gətirdiyim övlada ana olaram".
Bu sözləri aparıcı Afaq Gəncəli "Qapqara" yutub layihəsində deyib. O, bunun səbəbini isə belə izah edib:
"Niyə kənardan uşaq götürmürəm? Çünki mən öz övladıma, Allahdan mənə verilən əmanət uşağa yiyə dura bilmədim. Mən kiminsə övladını götürürəm ki, onu boya-başa çatdırım, gözəl bir gün verim. O, əmanətdir. Niyə oradan götürürəm ki? Xoş bir gün görsün. Həyatdır, sabah bilmək olmaz nə baş verəcək. Ona nəsə olsa... Əgər öz övladıma görə canıma qəsd edə bilmədimsə, yüz də yüz edəcəyəm, çünki o əmanətdir, ona xəyanət elədim. Vəhşicəsinə sevgini övladımdan aldım və məncə bundan artığını heç vaxt ala bilmərəm".