Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Şou-biznesdə estetik etdirməyən yeganə insan özüməm" - Kamilə Babayeva

"Şou-biznesdə estetik etdirməyən yeganə insan özüməm" - Kamilə Babayeva

"Maska" şousunun növbəti buraxılışı baş tutub. 

Axşam.az-ın məlumatına görə, aparıcı Kamilə Babayeva "Cırtdan" obrazı ilə şou göstərən iştirakçının özü haqqında açıqladığı faktlar zamanı "Estetik əməliyyat etdirmişəm" sözlərinə münasibət bildirib.

Kamilə şou-biznesdə ondan başqa hamının estetik etdirdiyini vurğulayıb:

"Ümumiyyətlə şou-biznesdə, bu sahədə estetik əməliyyat etdirməyən yeganə insan məncə özüməm. Heç nə etdirməmişəm. Burnumu ömürboyu deyiblər, eləmədim. Düşünürəm ki, necə varam, elə də yaxşıyam. Belə də qəbul olunmuşam".  

Əməkdar artist Coşqun Rəhimov isə onun açıqlamasına zarafatla "Çox nahaq, gərək elətdirərdin" deyə, qarşılıq verib.

Xatırladaq ki, ötən gün yarışmanı "Xalça" obrazı tərk edib. Maskanın altında aparıcı Ceyhun Əlinin olduğu ortaya çıxıb. 

Qeyd edək ki, şouda münsif kürsüsündə həmçinin, Xalq artisti Faiq Ağayav, müğənnilər Murad Arif və Nigar Camal əyləşir.