
Müğənni Sevda Yahyayevanın ikinci övladı dünyaya gəlib.
Həkim Zakir Bayramovla evli olan sənətçinin Yeni ilin ilk günü qızı olub.
Yahyayeva xəstəxanadan görüntüləri sosial şəbəkədə paylaşaraq bunları yazıb:
"Yeni ilin ilk gecəsində Aidamız həyat qapımızı döydü. Xoş geldin, Aylamın bacısı, valideynlərinin kiçik qızı. Qoy bütün balalar sağlam, xoşbəxt və ailəsinə, xalqına xeyirli övladlardan olsunlar".
Qeyd edək ki, S.Yahyayevanın "Ayla" adlı bir qızı da var.