"Sənətimizdə çılpaqlar baş alıb gedir" Onların oxuduğu mahnılara bilmirəm harda qulaq asmaq olar, amma bu sənət deyil".
Bu sözləri "Xəzər" tv-də "İncə səhər " verilişinə qonaq olan Əməkdar artist Nigar Şabanova deyib.
"Siz pul qazananda, Nigar təbliğat aparırdı, ona görə bu gün əməkdar artistdir" deyən xanəndə televiziya verilişlərini sərt tənqid edib:
"Mən başa düşürəm, pul da lazımdır. Qoy onlar da oxusun "ciy-ciy" səsləri ilə, onlara kim qulaq asır heç bilmirəm. Eybi yox. Amma heç olmasa ayda 1,2 gün efirlərinizi sənətkarlara ayırın. Musiqimizi təbliğ edin. Onsuzda ağlı başında olan dinləyici özü qərar verəcək kimə qulaq asmaq lazımdır".